BAKI, 8 iyun. TELEQRAF

ABŞ Müdafiə Nazirliyi Çin Xalq Azadlıq Ordusuna dəstək verdikləri üçün "Alibaba" Group Holding, BYD Co. və "Baidu" şirkətlərinə sanksiyalar tətbiq edib.

Teleqraf xəbər verir ki, müvafiq sənəd rəsmi olaraq ABŞ Federal Reyestrində dərc edilib.

Bu açıqlamadan sonra "Alibaba"nın səhmləri 0,5%, avtomobil nəhəngi BYD-nin səhmləri 0,5%, "Baidu"nun səhmləri isə 2,3% ucuzlaşıb. İlkin ticarətdə 2%-dən çox bahalaşan elektrik avtomobil istehsalçısı NIO-nun səhmləri xəbərin dərc olunmasından dərhal sonra bəzi qazanclarını itirib.

ABŞ Müdafiə Nazirliyinin qara siyahısına artıq "Huawei", "Tencent", DJI, TP-Link, "Unitree", "Hikvision", CATL, WuXi AppTec, "China Mobile", "China Telecom", "China Unicom", COSCO Shipping, "China State Shipbuilding", "Norinco", CNOOC və "China Three Gorges" kimi böyük Çin nəhəngləri daxildir.

ABŞ hərbi departamenti qərarını bu şirkətlərlə Çin dövlət qurumları arasında birbaşa və ya dolayı əlaqələrin olması ilə əsaslandırıb.