BAKI, 28 iyul. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İranın heç vaxt nüvə silahı əldə edə bilməyəcəyini bəyan edib.

Teleqraf xəbər verir ki, bu barədə dövlət başçısı jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, rəsmi Tehran artıq bu reallığı tam dərk edir:

"İran nüvə silahına sahib olmayacaq. Bunu onların özləri də başa düşür. Biz yaxşı danışıqlar aparırıq".