BAKI, 28 iyul. TELEQRAF

İtaliya müdafiə naziri Quido Krozetto Ukraynaya göstərilən hərbi yardımı xəstəyə verilən dərmanla müqayisə edib.

Teleqraf xəbər verir ki, o, hərbi yardım olmadan Ukraynanın mövcudluğunu itirəcəyini bildirib.

“Bir çoxları hesab edir ki, Ukraynaya yardım müharibənin uzanması deməkdir. Mən heç vaxt xəstəxanada qan köçürülməsinin və ya müalicənin xəstəliyi uzatdığını eşitməmişəm. Əlbəttə, əgər pasiyent ölsə, çarpayı boşalacaq. Əgər biz Ukraynaya kömək etməyə davam etməsək, yox olacaq və problem də qalmayacaq”, - müdafiə naziri söyləyib.

Krozetto vurğulayıb ki, beynəlxalq problemlərə bu cür yanaşmaq olmaz. O xatırladıb ki, Roma Kiyevə indiyədək 13 hərbi yardım paketi çərçivəsində dəstək göstərib.

“Ukraynaya yardım xəstəyə verilən dərman kimidir”, - İtaliya müdafiə naziri əlavə edib.