BAKI, 28 iyul. TELEQRAF

Azərbaycanın təhsil sistemi üçün süni intellekt əsaslı transformasiya strategiyasının hazırlanmasına 4 milyon manatdan çox vəsait ayrılıb.

Teleqraf xəbər verir ki, Elm və Təhsil Nazirliyi bununla bağlı ABŞ-nin "McKinsey & Company" şirkətinin Azərbaycandakı nümayəndəliyi – "McKinsey And Company (Azerbaijan), Inc" ilə bir mənbədən satınalma üsulu ilə müqavilə imzalayıb.

Müqavilənin ümumi dəyəri 4 milyon 12 min manat təşkil edir.

Qeyd edək ki, "McKinsey & Company" korporasiyalara, hökumətlərə və digər təşkilatlara strategiya və idarəetmə konsaltinqi sahəsində peşəkar xidmətlər göstərən ABŞ mənşəli çoxmillətli şirkətdir. Şirkət 1926-cı ildə Ceyms O. MakKinsi tərəfindən təsis edilib və hazırda 65-dən çox ölkənin 130-dan artıq şəhərində ofisləri fəaliyyət göstərir.