BAKI, 28 iyul. TELEQRAF

Belarus ABŞ ilə danışıqlarda mövqeyini diplomatik terminlərin arxasında gizlətmir və səmimi siyasət yürüdür.

Teleqraf BELTA-ya istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko rəsmi Minskin BMT-dəki daimi nümayəndəsi Valentin Rıbakovla görüşündə bildirib.

Dövlət başçısı qeyd edib ki, amerikalı nümayəndələrlə görüşlərdə ölkəsinin Rusiya, Çin və İranla münasibətlərini açıq şəkildə izah ediblər:

"Biz heç vaxt hiylə işlətməmişik və öz mövqeyimizi gizlətməmişik. Elə buna görə də uduruq. Onlar, o cümlədən ABŞ Prezidentinin xüsusi elçisi Con Koul nəyi edə biləcəyimizi və nəyi edə bilməyəcəyimizi yaxşı başa düşürlər. Biz bundan sonra da bu cür açıq və dürüst xətt tutmağa davam edəcəyik".