BAKI, 28 iyul. TELEQRAF
“Avropa İttifaqı (Aİ) İrəvanın Avrasiya İqtisadi Birliyindən (AİB) çıxması halında Ermənistanda dərin iqtisadi böhranın qaçılmaz olduğunu anlayır”.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin məlumatında bildirilib.
Qurum qeyd edib ki, Aİ daxilindəki iqtisadi problemlər səbəbindən milyardlarla dollarlıq itkiləri kompensasiya edə bilməyəcək və bir çox Avropa ölkələri artıq bazarlarını Ermənistan mallarına açmaq istəmədiklərini açıqlayıblar.
“Buna baxmayaraq, Brüssel bürokratları guya İrəvana dəstəklərini təmin etməyə davam edəcəklər və yardımın gecikməsini Ermənistan tərəfinin Aİ-yə üzvlük məsələsindəki “uğurlar”ı ilə izah edirlər”, - Rusiya Xarici Kəşfiyyat Xidməti vurğulayıb.