BAKI, 28 iyul. TELEQRAF
İtaliya NATO-nun illik xərclərinin 8,53 faizini ödəyir ki, bu da hər il 450 milyon avro təşkil edir.
Teleqraf xəbər verir ki, bu barədə İtaliyanın müdafiə naziri Quido Krosetto parlamentdə NATO sammitinin yekunlarına dair çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, NATO-nun illik ümumi büdcəsi 5,5 milyard avrodur:
"NATO-nun illik ümumi büdcəsi 5,5 milyard avrodur. Alyansa ən çox pul ödəyən ölkə 16,4 faizlik payla ABŞ-dır. Ondan sonra Almaniya (14,7 %), Fransa (13 %) və Böyük Britaniya (təxminən 10 %) gəlir. İtaliya son vaxtlar hərbi xərclərini ölkə iqtisadiyyatının (ÜDM) 2 faizi səviyyəsinə qaldıra bilib. NATO ölkələri isə bu xərcləri ümumilikdə 5 faizə çatdırmağı öhdələrinə götürüblər".