BAKI, 28 iyul. TELEQRAF

İngiltərənin “Mançester Yunayted” klubu Ceydon Sanço ilə yollarını ayırıb.

Teleqraf xəbər verir ki, ingiltərəli cinah hücumçusunun müqaviləsi başa çatıb.

26 yaşlı futbolçu azad agent statusu daşıdığı üçün yeni klubuna ödənişsiz keçə bilər.

Məlumata görə, Almaniyanın “Borussiya Dortmund” klubu Sançonu yenidən heyətinə qatmaq istəyir. İspaniyanın “Atletiko Madrid” komandası da futbolçunun transferi uğrunda mübarizəyə qoşulub.

Qeyd edək ki, Sanço 2021-ci ildə məhz “Borussiya Dortmund”dan “Mançester Yunayted”ə keçmişdi.