BAKI, 28 iyul. TELEQRAF

Ermənistan Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan hədələyici mesajlar alır.

Teleqraf xəbər verir ki, bu barədə hökumət başçısının həyat yoldaşı məlumat verib.

Akopyan bildirib ki, sosial şəbəkələrdə ona hədələyici mesajlar göndərilir.

Baş nazirin xanımı məişət zorakılığı mövzusunda danışdıqdan sonra hədələr almağa başladığını iddia deyib.

“Ümid edirəm, dövlət xidmətləri belə bir şeyə icazə verməyəcək, çünki birinci xanımın şiddətə məruz qalması ölkənin bütövlüyünə böyük zərər vuracaq”, - Anna Akopyan vurğulayıb.

O, qadınları qorxmamağa və məsələ ilə bağlı səslərini ucaltmağa çağırıb:

“Əziz qadınlar, ancaq biz bir-birimizə kömək edə və bir-birimizi qoruya bilərik. Cəsarətlə danışmağa başlamalı, ailələrimizdə zorakılığa artıq dözməyəcəyimizi bəyan etməliyik.

Qorxmayın, ən pisi artıq başımıza gəlib. İllərlə fiziki, maddi, psixoloji və cinsi zorakılıq şəraitində yaşamaq, artıq buna dözməyəcəyimizi açıq şəkildə bəyan etməklə qaçmalı olduğumuz bir kabusdur.

Xahiş edirəm, bir-birinizlə dalaşmayın, bir-birinizə vurmayın. Qısa və konkret şəkildə deyin: biz artıq buna dözməyəcəyik”.