BAKI, 28 iyul. TELEQRAF

“Sabah” klubunun futbolçusu Aaron Maluda karyerasını İsveçrədə davam etdirəcək.

Teleqraf xəbər verir ki, bu barədə Fransanın “L’Equipe” nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, Azərbaycan təmsilçisi fransalı hücumameyilli yarımmüdafiəçini İsveçrənin “Bazel” klubuna satıb. Sürix təmsilçisinin bu keçid üçün “Sabah”a 3 milyon avro ödəyəcəyi iddia olunub.

Qeyd edək ki, “Sabah” Aaron Maludanı 2025-ci ilin yayında Fransanın “Lill” klubundan birillik icarəyə götürmüşdü. Bakı klubu bu yay futbolçunun transfer hüquqlarını birdəfəlik əldə etmişdi.