BAKI, 16 may. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Çinin İranla bağlı münaqişənin nizamlanmasına yardım təklif etdiyini, lakin Vaşinqtonun buna ehtiyac duymadığını açıqlayıb.
Teleqraf xəbər verir ki, Tramp bu barədə “Fox News” telekanalına müsahibəsində danışıb.
Amerika liderindən Çin Sədri Si Cinpinin Yaxın Şərqdəki münaqişənin həllinə yardım təklif etməsi ilə bağlı əvvəlki açıqlamasına münasibət bildirməsi istənilib.
Tramp isə cavabında ABŞ-nin bu məsələdə Çin dəstəyinə ehtiyac duymadığını vurğulayıb.
“Mən həmçinin dedim ki, bizim köməyə ehtiyacımız yoxdur. Mən belə bir dəstək istəməmişəm”, - deyə Ağ Ev rəhbəri bildirib.