BAKI, 14 iyul. TELEQRAF

İspaniyanın “Real Madrid” klubunun braziliyalı futbolçusu Vinisius Junior İngiltərə Premyer Liqasının beş aparıcı klubunun transfer hədəfinə çevrilib.

Teleqraf xəbər verir ki, bu barədə “TEAMtalk” məlumat yayıb.

Mənbənin iddiasına görə, hecumçunu “Real”la müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədə olsa da, yeni sözləşmə ilə bağlı hələ də irəliləyiş əldə olunmayıb. Bu vəziyyət isə Premyer Liqa təmsilçilərinin diqqətini cəlb edib.

Bildirilir ki, “Arsenal”, “Çelsi”, “Mançester Siti”, “Mançester Yunayted” və “Liverpul” 26 yaşlı cinah hücumçusunun durumunu yaxından izləyir və münasib fürsət yaranacağı təqdirdə transfer təklifi etməyə hazırdır.

Qeyd edək ki, Vinisius Junior 2018-ci ildən “Real Madrid”in şərəfini qoruyur.