BAKI, 16 may. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Çin lideri Si Cinpinlə danışıqlardan sonra Tayvana 14 milyard dollar dəyərində silah tədarükü ilə bağlı qərarı hələ təsdiqləmədiyini bildirib.
Teleqraf xəbər verir ki, Tramp bu barədə “Fox News” telekanalına müsahibəsində danışıb.
Amerika lideri qeyd edib ki, məsələ ilə bağlı yekun qərar verməyib və vəziyyətin necə inkişaf edəcəyini izləyəcək.
“Mən bunu hələ təsdiqləməmişəm. Görək bundan sonra nə olacaq. Bunu edə də bilərəm, etməyə də bilərəm”, - deyə Tramp bildirib.
Qeyd edək ki, daha əvvəl Tayvanın ABŞ ilə silah alışına dair altı müqavilə imzaladığı barədə məlumat yayılmışdı.