BAKI, 15 may. TELEQRAF
İsrail əsgərləri cümə axşamı günü Birləşmiş Millətlər Təşkilatının Livanın cənubundakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) sülhməramlılarına iki dəfə mane olublar.
Teleqraf xəbər verir ki, bunu BMT Baş katibi Antonio Quterreşin sözçüsünün müavini Fərhan Haq bildirib.
Haq jurnalistlərə bildirib ki, Livanın Əl-Bayada şəhərinin cənubunda bir tank Livan Qırmızı Xaçını müşayiət edən sülhməramlıları saxlayıb, əsas silahını karvana tuşlayıb və onlara ərazini tərk etməyi əmr edib. Karvan daha sonra yoluna davam edə bilib.
Haqın sözlərinə görə, ikinci hadisədə İsrail tankı Nakuru yaxınlığında UNIFIL patrulunun yolunu qısa müddətə bağlayıb.
"Bu cür məhdudiyyətlər UNIFIL-in hərəkət azadlığına hörmət etmək öhdəliyi ilə bir araya sığmır. Biz bütün tərəfləri bu öhdəliyə tam hörmət etməyə çağırırıq", - deyə o bildirib.
Haq həmçinin jurnalistlərə bildirib ki, cümə axşamı İsrail ordusu tərəfindən atılan üç mərmi Livan-İsrail sərhədi yaxınlığında, UNIFIL mövqeyindən təxminən 70 metr aralıda, Rmeyş kəndi yaxınlığında partlayıb.