BAKI, 15 may. TELEQRAF
Livan və İsrail arasında atəşkəs rejimi daha 45 gün uzadılıb.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Tommi Piqott "X" sosial şəbəkəsində yazıb.
"ABŞ 14-15 may tarixlərində İsrail və Livan arasında iki günlük olduqca məhsuldar danışıqlara ev sahibliyi edib. 16 apreldə əldə olunan atəşkəs rejimi daha 45 gün uzadılacaq", - ABŞ sözçüsü bildirib.
Dövlət Departamenti 2–3 iyun tarixlərində İsrail və Livanla daha bir görüş təşkil etməyi planlaşdırır. Mayın 29-da isə Pentaqonda hər iki ölkənin nümayəndələrinin iştirakı ilə təhlükəsizlik məsələlərinə dair iclas keçiriləcək. Piqot danışıqların Livan və İsrail arasında uzunmüddətli sülhə gətirib çıxaracağına ümid etdiyini vurğulayıb.