BAKI, 15 may. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp cümə günü Rusiyanın Kiyevdəki yaşayış binasına raket zərbəsi endirməsinin sülh səylərini poza biləcəyini bildirib.
Teleqraf xəbər verir ki, Çindən qayıdarkən təyyarədə jurnalistlərə danışan Tramp deyib: "Mənasız qanlı qırğını bitirmək üçün cəhdlərimiz uğursuz oldu. Çin Prezidenti Si Cinpinlə görüşdə Ukrayanda münaqişənin bitməsini müzakirə etdik və hərbi əməliyyatların dayandırılmasını istədiklərimiz barədə razılığa gəldiik".
Tramp Rusiyanın 24 nəfərin ölümünə səbəb olan son hücumu pisləyib: "Biz bunun həll olunmasını istərdik. Dünən gecəyə qədər hər şey yaxşı görünürdü, amma dünən gecə onlar (ukraynalılar) ağır zərbə aldılar. Beləliklə, bu müharibə başa çatmalıdır".