BAKI, 15 may. TELEQRAF

İsrail qüvvələri Fələstin HƏMAS hərbi qanadının rəhbəri İzzəddin əl-Həddadı öldürmək məqsədi ilə Qəzza şəhərinə hədəflənmiş hücum həyata keçirib.

Teleqraf xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Katz məlumat verib.

Nazirliyin mətbuat xidməti tərəfindən yayılan açıqlamasında qeyd olunur ki, əl-Həddad 7 oktyabr 2023-cü ildə Fələstinlilərin İsrailə qarşı radikal hücumunun təşkilatçılarından biri olub. Əl-Həddad ABŞ Prezidenti Donald Trampın iştirakı ilə HƏMAS-ın tərksilah edilməsi və Qəzza zolağının demilitarizasiyası ilə bağlı əldə edilən razılaşmanı həyata keçirməkdən imtina edib.

Katz xəbərdarlıq edib ki, İsrail gec-tez Həddadı zərərsizləşdirəcək.