BAKI, 15 may. TELEQRAF

Hindistan və BƏƏ strateji müdafiə tərəfdaşlığı çərçivəsi barədə razılığa gəliblər.

Teleqraf xəbər verir ki, iki ölkə cümə günü İran ətrafındakı gərginlik fonunda strateji müdafiə tərəfdaşlığı üçün çərçivə barədə razılığa gəliblər.

Baş nazir Narendra Modinin Birləşmiş Ərəb Əmirliklərinə səfəri zamanı iki ölkə strateji neft ehtiyatları və mayeləşdirilmiş neft qazı tədarükü ilə bağlı müqavilələr imzalayıb.

"Tərəflər müdafiə sənayesində əməkdaşlığı dərinləşdirmək, eləcə də innovasiya və qabaqcıl texnologiyalar, kadr hazırlığı, hərbi təlimlər, dəniz təhlükəsizliyi, kibermüdafiə, təhlükəsiz rabitə və informasiya mübadiləsi sahələrində tərəfdaşlıq etmək barədə razılığa gəliblər" - Nazirliyin açıqlamasında deyilir.