BAKI, 15 may. TELEQRAF
Çin Xalq Respublikasının sədri Si Cinpin ABŞ Prezidenti Donald Trampın dəvətilə payızda Birləşmiş Ştatlara səfər edəcək.
Teleqraf xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Prezident Trampın dəvəti ilə Prezident Si Cinpin bu payız ABŞ-yə səfər edəcək. Hər iki tərəf qarşılıqlı əlaqələrə hərtərəfli hazırlıq görmək, əlverişli atmosfer yaratmaq və yeni nəticələr əldə etmək üçün birlikdə çalışmaqdadırlar".