BAKI, 13 may. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın Rusiyaya mümkün səfəri hazırda Kremlin gündəmində deyil.
Teleqraf Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Kreml nümayəndəsi Trampın Rusiyaya səfəri ilə bağlı hər hansı hazırlıq işinin aparılıb-aparılmaması sualını cavablandırarkən belə deyib: “Xeyr. Hazırda belə bir səfər gündəmdə yoxdur”.
Qeyd edək ki, bundan əvvəl Donald Tramp 2026-cı ildə Rusiyaya səfər edə biləcəyini istisna etmədiyini açıqlamışdı. O, bunun üçün bütün zəruri addımları atacağını bildirmişdi.