BAKI, 14 iyul. TELEQRAF
ABŞ-nin vasitəçiliyi ilə Livan və İsrail arasında Romada sülh danışıqlarının altıncı raundu start götürüb.
Teleqraf TASS-a istinadən xəbər verir ki, danışıqların iki gün – çərşənbə axşamı və çərşənbə günləri davam etməsi nəzərdə tutulur.
Danışıqlar zamanı tərəflər birgə sərhəddə təhlükəsizlik tədbirləri ilə bağlı razılaşmanın icrasını müzakirə edəcəklər.