BAKI, 14 iyul. TELEQRAF
Ukrayna Ali Radası ölkədə tətbiq olunan hərbi vəziyyətin və ümumi səfərbərlik rejiminin müddətini növbəti dəfə uzadıb.
Teleqraf Ukraynanın Ali Radasına istinadən xəbər verir ki, 311 deputat ümumi səfərbərliyin avqustun 2-dən etibarən daha 90 gün müddətinə uzadılmasının lehinə səs verib.
Beləliklə, səfərbərlik rejimi 31 oktyabr tarixinə qədər qüvvədə olacaq.