SUMQAYIT, 14 iyul. TELEQRAF

Sumqayıtda meyit aşkarlanıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə şəhərin 12-ci mikrorayon ərazisində qeydə alınıb.

İlkin məlumata görə, Sumqayıt şəhər sakini, 1959-cu il təvəllüdlü Mahir Əli oğlu Ağayevin meyiti yaşadığı evdə aşkarlanıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Meyit müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.