BAKI, 14 iyul. TELEQRAF

Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen iyulun 15-də Kiyevə səfər edəcək.

Teleqraf xəbər verir ki, bu barədə Brüsseldə keçirilən brifinqdə Avropa Komissiyasının sözçüsü Olof Qill məlumat verib.

"Prezident fon der Leyen sabah Kiyevdə olacaq. Təhlükəsizlik mülahizələrinə görə, səfərlə bağlı digər təfərrüatları hələlik açıqlaya bilmirik. Mümkün olduqca əlavə məlumat verəcəyik", - sözçü bildirib.

Qeyd edək ki, Avropa Komissiyasının rəhbəri sonuncu dəfə Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalının dördüncü ildönümü ərəfəsində Kiyevdə olmuşdu.