BAKI, 14 iyul. TELEQRAF
Nizami rayonunda Abbasov Həsən Tofiq oğluna məxsus su emalı müəssisəsində keçirilən yoxlamalar zamanı ciddi sanitariya və texnoloji qayda pozuntuları aşkarlanıb.
Bu barədə Teleqraf-a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Yoxlama zamanı müəssisədə texnoloji axın ardıcıllığı prinsipinə riayət olunmadığı, filtr sistemlərinin istismarı və texniki xidmətinə dair qeydiyyatın aparılmadığı, emal prosesində istifadə olunan su çənlərinin dezinfeksiya edilmədiyi müəyyən edilib.
Bundan əlavə, “Suel” əmtəə nişanı altında qablaşdırılmış su məhsullarının etiketlənməsi zamanı qanunvericiliyin tələblərinin pozulduğu, suyun mənbəyi, istehsalçı məlumatları, istehsal və son istifadə tarixləri ilə bağlı istehlakçılara düzgün məlumat verilmədiyi aşkarlanıb.
Bildirilib ki, nöqsanlar aradan qaldırılana qədər obyektin fəaliyyəti məhdudlaşdırılıb.