BAKI, 14 iyul. TELEQRAF

Bolqarıstan Baş naziri Rumen Radev Fransa Prezidenti Emmanuel Makronun onu "İstəklilər koalisiyası"na qoşulmağa dəvət etməsi ilə bağlı təklifini rədd edib.

Teleqraf xəbər verir ki, bu barədə Bolqarıstan Milli Radiosu məlumat yayıb.

Rumen Radev bildirib ki, rəsmi Sofiya Ukraynaya hərbi və maliyyə yardımlarının davam etdirilməsində israr edən koalisiyalarda iştirak etmək niyyətində deyil:

"Prezident Makron şəxsən mənə bu koalisiyada iştirak etməyi təklif etdi, lakin biz bu cür təşəbbüslərə qoşulmuruq".

Rumen Radev münaqişənin həlli ilə bağlı mövqeyini də açıqlayıb:

"Ukraynadakı böhranın həlli hərbi vasitələrlə münaqişənin uzadılmasında deyil, məhz güclü diplomatik missiyanın işə salınmasında və eskalasiyanın dayandırılmasındadır".