BAKI, 13 may. TELEQRAF
Çin Yaxın Şərqdə vəziyyətin siyasi yolla həllinin davam etdirilməsinin vacibliyini bəyan edib.
Teleqraf xəbər verir ki, bunu Çinin Rusiyadakı səfiri Can Xanxuey TASS-a müsahibəsində deyib.
Diplomat bildirib ki, İran ətrafındakı vəziyyət həlledici mərhələdədir:
“Atəşkəs rejimi kövrək olaraq qalır, bölgədə təhlükəsizlik vəziyyəti pisləşir, humanitar durum isə ağırdır. Belə bir məqamda bütün tərəflər təmkin və xoş niyyət nümayiş etdirməli, siyasi həll yoluna sadiq qalmalı, danışıqlar prosesinin tempini azaltmamalıdır”.
Səfir həmçinin Hörmüz boğazında normal gəmiçiliyin, eləcə də Fars körfəzi və ümumilikdə Yaxın Şərqdə sabitliyin tezliklə bərpasının vacibliyini vurğulayıb.