BAKI, 14 iyul. TELEQRAF
İran Rusiya ilə enerji sahəsində əməkdaşlığı genişləndirməyi hədəfləyib. Tehran hökuməti Azərbaycan ərazisindən keçməklə Rusiyanın cənub regionlarından elektrik enerjisi idxal etməyi planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə İranın Energetika Nazirliyi məlumat yayıb.
Bildirilib ki, məsələ ilə bağlı danışıqlar İranın energetika naziri Abbas Əliabadi və rusiyalı həmkarı Sergey Tsivilyovun Tehranda keçirilən görüşü zamanı müzakirə olunub.
Tərəflər enerji şəbəkələrinin sinxronlaşdırılması istiqamətində konkret addımlar atmaq üçün birgə işçi qrupunun yaradılması barədə razılığa gəliblər.
Görüşdə həmçinin İranın cənubunda yerləşən "Sirik" İstilik Elektrik Stansiyasının (İES) tikintisi məsələsi də diqqət mərkəzində olub.