BAKI, 13 may. TELEQRAF

Almaniyanın "Mercedes-Benz" şirkəti Berlindəki bütün salonlarını "Alpha Auto Group"un rəhbəri kanadalı sahibkar Kuldip Billana satıb.

Teleqraf xəbər verir ki, bu barədə "Bild" qəzeti mənbələrə istinadən xəbər verib.

Söhbət təxminən 1500 əməkdaşı olan yeddi filialdan gedir.

Nəşrin məlumatına görə, "Mercedes-Benz" digər şəhərlərdə - Hamburq, Münhen, eləcə də Reyn-Rur bölgəsində avtomobil salonlarını satmağı planlaşdırır.

Berlindəki mağazalardakı işçilər müqavilə barədə elektron poçt vasitəsilə bildiriş alıblar. Onlara pul kompensasiyası və ya bir illik iş zəmanəti arasında seçim təklif edilib.