İran və ABŞ arasında yeni münaqişə qlobal iqtisadiyyata və enerji təhlükəsizliyinə zərər verəcək.
Teleqraf xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan " Əl-Cəzirə"yə bildirib .
Fidan qeyd edib ki, atəşkəsə alternativ müharibənin yenidən başlamasıdır: "Heç kim bu ssenarinin təkrarlanmasını istəmir, çünki qlobal iqtisadiyyat və enerji təhlükəsizliyi bu müharibədən əziyyət çəkir".
Onun sözlərinə görə, ABŞ və İran arasında danışıqlarda prioritet atəşkəsin qorunmasıdır. "Danışıqlar müxtəlif səviyyədə uğurla davam edir, lakin proses davam edəcək", - deyə Türkiyə xarici işlər naziri bildirib.