BAKI, 12 may. TELEQRAF

ABŞ-nin İsraillə birlikdə İrana qarşı başlatdığı müharibə təxminən 29 milyard dollara başa gəlib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ müdafiə naziri Pit Heqset Nümayəndələr Palatasının Müdafiə Komitəsindəki çıxışı zamanı bildirib.

Nazir müharibənin xərclərinin 4 milyard dollar artmasını yenilənmiş avadanlıqların təmiri və dəyişdirilməsi, eləcə də işçi heyətinin növbətçi vəziyyətdə qalması üçün ümumi əməliyyat xərcləri ilə əlaqələndirib.

Heqset bildirib ki, ABŞ-nin bölgədəki hərbi mövcudluğunu qoruması üçün lazım gələrsə, müharibəni genişləndirmək, geri çəkilmək və aktivləri başqa yerə köçürmək kimi planlar var.

ABŞ mediasının yazdığına görə, ABŞ-nin müharibə xərcləri 40-50 milyard dollara qədər arta bilər. Bura İranın ABŞ bazalarına hücumları nəticəsində dəymiş ziyan da daxildir.