Uqanda Prezidenti Yoveri Museveni yeddinci müddətə and içərək hakimiyyətini beşinci onilliyə qədər uzadıb.
Teleqraf xəbər verir ki, 81 yaşlı keçmiş partizan lideri yanvarda keçirilən seçkilərdə səslərin 72%-ni qazanaraq qalib elan edilib.
Seçki kampaniyası zorakılıq və saxtakarlıq iddiaları ilə müşayiət olunub.
Museveni andiçmə mərasimindəki çıxışında 1986-cı ildə hakimiyyətə gəldikdən bəri qazandığı iqtisadi nailiyyətləri sadalanıb.
Son zamanlar Museveninin hakimiyyəti ötürmək planları ilə bağlı şayiələr artmaqdadır. Onun növbəti seçim kimi oğlu, ordu rəisi Muhuzi Kainerugabaya üstünlük verdiyinə inanılır.