BAKI, 30 aprel. TELEQRAF
İranla müharibə nəticəsində Fars körfəzindən neft tədarükünün kəsilməsi və qlobal enerji qiymətlərinin artması Qərbi Avropa və Asiyaya ABŞ-dən daha çox zərbə vurub.
Teleqraf xəbər verir ki, bunu Federal Ehtiyat Bürosunun (FED) sədri Jerom Pauell mətbuat konfransında bildirib.
"Əsas enerji ixracatçısı olduğumuzu və iqtisadiyyatımızın 1970-ci illərdəkindən daha az enerji tutumlu və daha az neft istehlak etdiyini nəzərə alsaq, vəziyyətin ABŞ-yə təsiri, Qərbi Avropa və ya Asiya ölkələrinə təsirindən daha azdır", - deyə o bildirib.