BAKI, 31 mart. TELEQRAF

ABŞ-də bir qalon (3,79 litr) benzin orta qiyməti 4 dolları keçərək son 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb.

Teleqraf xəbər verir ki, bu barədə yanacaq qiymətlərinin dinamikasını izləyən "GasBuddy" portalı məlumat yayıb.

Məlumatda göstərilir ki, 31 mart saat Bakı vaxtı ilə 04:45 üçün "Regular" markalı benzinin bir qalonunun qiyməti 4,001 dollar təşkil edib. Ən yüksək qiymət Kaliforniya ştatında qeydə alınıb. Burada bir qalon benzin üçün istehlakçılar 5,86 dollar ödəməlidirlər.