BAKI, 30 mart. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp hazırda İrandan zənginləşdirilmiş uranın çıxarılması üçün hərbi əməliyyat keçirmə imkanını qiymətləndirir.
Teleqraf xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, həyata keçiriləcəyi təqdirdə əməliyyat riskli və mürəkkəb olacaq və ABŞ quru qoşunlarının bir neçə gün müddətində ölkəyə daxil olmasını nəzərdə tutur.
Nəşr bildirir ki, ABŞ lideri bu ideyaya açıqdır, lakin hərbi personalın qarşılaşacağı təhlükə səviyyəsini öyrənir və hələlik yekun qərar qəbul etməyib. Bundan əlavə, Tramp müşavirlərinə İrana təzyiq göstərməyi tapşırıb ki, İslam Respublikası ixtiyari şəkildə təxminən 450 kiloqram zənginləşdirilmiş uranı verməklə münaqişənin dayandırılması şərtlərindən birinə əməl etsin.