BAKI, 30 mart. TELEQRAF

Yaxın Şərqdə ABŞ Silahlı Qüvvələrinin sayı 50 mini ötüb və regionda əlavə 2,5 min hərbçi dəniz piyadası və 2,5 min dənizçi yerləşdirilib.

Teleqraf xəbər verir ki, bu barədə "The New York Times" qəzeti məlumat yayıb.

Məlumata görə, hazırda regionda ABŞ hərbçilərinin sayı standart göstəricidən 10 min nəfər artıqdır. Bu rəqəmə "USS Gerald R. Ford" aviadaşıyıcısında olan 4,5 min hərbçi daxil deyil. Gəmidə martın ortasında yanğın baş verdikdən sonra o, Qırmızı dənizi tərk edib, Krit adası üzərindən Xorvatiyanın Adriatik sahilindəki Split limanına texniki baxış üçün çatdırılıb.