BAKI, 19 mart. TELEQRAF

ABŞ Senatı Prezident Donald Trampdan İrana qarşı hərbi əməliyyatlar həyata keçirmək üçün Konqresin razılığını almasını tələb edən qətnaməni növbəti dəfə qəbul etməyib.

Teleqraf xəbər verir ki, bu barədə "The Hill" qəzeti məlumat yayıb.

Sənədin əleyhinə 53, lehinə isə 47 senator səs verib.

Demokrat Partiyasının üzvü, Nyu-Cersidən olan ilk Afro-Amerikalı ABŞ senatoru Kori Buker tərəfindən irəli sürülən qətnamə layihəsi, prezidenti ABŞ Silahlı Qüvvələrini İran ərazisindəki və ya bu ölkəyə qarşı döyüş əməliyyatlarından çıxarmağa mükəlləf edirdi. Sənəddə qeyd olunurdu ki, yalnız rəsmi müharibə elanı və ya hərbi güc tətbiqinə dair xüsusi icazə olduğu təqdirdə hərbi əməliyyatlara yol verilə bilər.

Qeyd edək ki, hazırda ABŞ Konqresinin üzvləri İrana qarşı hərbi güc tətbiqi üçün rəsmi icazə verməyiblər. Lakin Konqresdəki respublikaçıların böyük əksəriyyəti Ağ Evin mövqeyini rəsmən dəstəkləyir.