BAKI, 18 mart. TELEQRAF

Bu ilin sentyabrın 1-dən Polşa məktəblərində mobil telefonlardan istifadə qadağan ediləcək.

Teleqraf "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin təhsil naziri Barbara Novatska bildirib.

Onun sözlərinə görə, uşaqlar müəllimin icazəsi ilə telefondan istifadə edə biləcəklər.

"İstisna müəllimin qərarı ola bilər, amma bu da norma olmayacaq. Çünki uşaqların internetdən nə qədər asılı vəziyyətdə olduğunu görürük".

Qeyd edək ki, ötən ilin noyabrında Avropa Parlamenti sosial mediada qeydiyyatdan keçmək üçün minimum yaş həddinin 16 olmasını təklif edən qətnamə qəbul edib.

Dekabrda isə Fransa Prezidenti Emmanuel Makron 15 və ya 16 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinin qadağan edilməli olduğunu açıqlamışdı.