BAKI, 14 may. TELEQRAF

Avropa İttifaqı Türkiyə Xarici İşlər Nazirliyinin Ermənistanla Türkiyə arasında birbaşa ticarətin başlanması ilə bağlı açıqlamasını alqışlayıb.

Teleqraf xəbər verir ki, bu barədə Avropa İttifaqının diplomatik xidmətinin sözçüsü Anita Hipper açıqlama verib.

“Avropa İttifaqı Türkiyənin Ermənistanla ikitərəfli ticarəti bərpa etmək barədə açıqlamasını səmimi qəlbdən alqışlayır. Bu, iki ölkə arasında münasibətlərin normallaşdırılması prosesində əhəmiyyətli mərhələdir və bunu iki ölkə arasında dəmir yolu əlaqəsinin bərpası üzrə ikitərəfli işçi qrupunun 28 aprel 2026-cı il tarixində keçirilən iclası da sübut edir.

Bu vacib addım iki ölkə arasında ticari-iqtisadi imkanların genişlənməsinə töhfə verə bilər və bütün Cənubi Qafqaza, eləcə də Avropa İttifaqına müsbət təsir göstərə bilər. Hər iki ölkəni sərhədlərin açılması da daxil olmaqla, birgə işləməyə davam etməyə təşviq edirik”, - ittifaq rəsmisi vurğulayıb.