BAKI, 14 may. TELEQRAF

“Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələr terrorizm və kiberhücumlar da daxil olmaqla, bir sıra transmilli təhdidlərlə üzləşiblər”.

Teleqraf xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov Bişkekdə ŞƏT-ə üzv dövlətlərin Təhlükəsizlik Şurası katiblərinin 21-ci iclasının iştirakçıları ilə görüşdə deyib.

Sadır Japarov ŞƏT ölkələrinin üzləşdiyi əsas çətinlikləri sadalayıb. Bunlara artan geosiyasi gərginlik, Yaxın Şərqdə silahlı münaqişələr, eləcə də terrorizm, separatizm, ekstremizm, narkotik qaçaqmalçılığı və kiberhücumlar da daxil olmaqla, transmilli təhdidlər daxildir.