BAKI, 14 may. TELEQRAF

Ağakərim Ağasəməd oğlu Səmədzadə ekologiya və təbii sərvətlər nazirinin birinci müavini təyin olunub.

Teleqraf xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.

Nazirlikdən bildirilib ki, Ağakərim Səmədzadə bu gün nazirliyin kollektivinə təqdim edilib.

"O, bu təyinata qədər ədliyyə və iqtisadiyyat sahələrində fəaliyyət göstərib", - məlumatda vurğulanıb.