BAKI, 14 may. TELEQRAF
“İran nüvə silahı hazırlamağa təhlükəli dərəcədə yaxındır, bir ton uranı silah əldə edə biləcək səviyyədə zənginləşdirməyə cəmi bir neçə həftə qalıb”.
Teleqraf xəbər verir ki, bunu ABŞ-nin energetika naziri Kris Rayt Senatın Silahlı Qüvvələr Komitəsinin dinləməsində deyib.
İranın uran ehtiyatlarına toxunan Rayt bildirib ki, bu ehtiyatların bəziləri 60 faizə qədər, əhəmiyyətli bir hissəsi isə 20 faizə qədər zənginləşdirilib, nüvə silahı istehsal etmək üçün isə təxminən 90 faiz zənginləşdirmə tələb olunur.
Nazir bu səviyyədən sonra silah hazırlama mərhələsinin gəldiyini və Tehranın bu nöqtəyə çox yaxınlaşdığını vurğulayıb.
Kris Rayt əlavə edib ki, ABŞ-nin nöqteyi-nəzərindən ən ağıllı strategiya İranın nüvə proqramını tamamilə dayandırmaq və gələcəkdə zənginləşdirmənin qarşısını almaqdır.