BAKI, 14 may. TELEQRAF

Amerika Birləşmiş Ştatları Ermənistan və Türkiyə arasında ikitərəfli ticarət məhdudiyyətlərinin aradan qaldırılması barədə qərarı alqışlayır.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Ermənistandakı səfirliyi bildirib.

“Bu addım hər iki ölkənin Cənubi Qafqaz regionunda iqtisadi əlaqələri genişləndirmək və davamlı sülh və rifahı təşviq etmək öhdəliyini nümayiş etdirir. Ermənistan və Türkiyənin region xalqlarının rifahı naminə əməkdaşlığı gücləndirmək üçün davamlı səyləri təqdirəlayiqdir”, - səfirlik qeyd edib.