BAKI, 21 sentyabr. TELEQRAF
Xəbər verdiyimiz kimi, bu gün Alban-Udi xristian dini icmasının üzvləri Ağdərənin Vəngli kəndində Gəncəsər monastır kompleksini ziyarət ediblər.
Teleqraf xəbər verir ki, XIII əsrə aid Alban xristian irsinin mühüm nümunələrindən biri olan monastır Xaçın çayının sol sahilində yerləşir.
Gəncəsər yalnız dini abidə deyil, eyni zamanda, mühüm mədəni, elmi və müəyyən dövrlərdə siyasi funksiyaları yerinə yetirən mərkəz olub.
Monastırla bağlı daha ətraflı videosüjetdə: