BAKI, 21 sentyabr. TELEQRAF

"Bakı Biznes Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti Mədəniyyət Nazirliyinin tabeliyinə verilib.

Teleqraf xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla "Bakı Biznes Mərkəzi" MMC İqtisadiyyat Nazirliyinin tabeliyindən çıxarılaraq Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki təsərrüfathesablı qurumların siyahısına əlavə edilib.

İqtisadiyyat Nazirliyi və Mədəniyyət Nazirliyi qərardan irəli gələn məsələləri həll edəcək.