BAKI, 21 sentyabr. TELEQRAF
Azərbaycanın U-20 milli komandası Qəbələdə təlim-məşq toplanışını davam etdirir.
Teleqraf xəbər verir ki, hazırlıq prosesi çərçivəsində Ruy Jorjenin komandası ilk yoxlama oyununda “Qəbələ” ilə qarşılaşıb.
Matç 1:1 hesabı ilə yekunlaşıb.
Qeyd edək ki, U-20 millimiz toplanış çərçivəsində növbəti oyunlarını oktyabrın 3-də Moldova və oktyabrın 6-da Yaponiyanın müvafiq yaş qrupundan ibarət komandalarına qarşı keçirəcək.