BAKI, 21 sentyabr. TELEQRAF
ABŞ-nin müharibə nazirinin köməkçisinin müavini Endryu Lumis Tbilisidə Gürcüstan müdafiə naziri İrakli Çikovani ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.
Görüşdə Gürcüstanla ABŞ arasında müdafiə sahəsində mövcud əməkdaşlıq məsələləri və gələcək perspektivlər müzakirə edilib. Söhbətdə regionda mövcud təhlükəsizlik mühitinə və çağırışlara, gürcü və amerikalı hərbçilərin beynəlxalq missiyalarda uzun illər ərzində birgə fəaliyyətinə, Gürcüstan-ABŞ birgə hərbi təlimlərinə və digər proqramlara toxunulub.
ABŞ-nin müharibə nazirinin köməkçisinin müavini Gürcüstan müdafiə nazirinin birinci müavini Paata Patişvili və Müdafiə Qüvvələri komandanının müavini general-mayor İrakli Çiçinadze ilə də görüşüb.