BAKI, 21 sentyabr. TELEQRAF
“Rusiyadan gələn təhlükə realdır və onun əhəmiyyətini kiçiltmək məsuliyyətsizlik olardı”.
Teleqraf xəbər verir ki, bunu Fransa daxili işlər naziri Loran Nunes deyib.
“Real təhlükədən danışırıq. Yaxşı sənədləşdirilmiş təhlükədən. Rusiyanın apardığı hibrid müharibə təhlükəsindən. Bu təhlükənin əhəmiyyətini kiçiltmək məsuliyyətsizlik olardı”, - nazir bildirib.
Nunes əlavə edib ki, bu yeni təhlükə ilə mübarizə aparmaq üçün Fransa hökuməti infrastrukturun qorunması planını həyata keçirəcək:
“Rusiyanın apardığı hibrid müharibə infrastruktur şəbəkələrimizə və müdafiə sənayemizin bazasına qarşı yönəlib. Məhz Ukraynanı dəstəkləyən həmin bazaya qarşı”.