BAKI, 21 sentyabr. TELEQRAF
Avropa İttifaqı (Aİ) özbəkistanlı milyarder Əlişir Usmanovu sanksiyalar siyahısından çıxara və digər şəxslərə qarşı məhdudiyyətləri 36 aya qədər uzada bilər.
Teleqraf xəbər verir ki, bu barədə Aİ diplomatlarına istinadla “Politico” məlumat yayıb.
Nəşrin məlumatına görə, bu variant kompromis kimi nəzərdən keçirilsə də, hələlik təsdiqlənməyib. Qeyd olunub ki, Aİ nümayəndələri razılaşma cəhdi ilə sentyabrın 21-də görüşüblər. Son qərar tarix 23 sentyabrdır.