BAKI, 1 mart. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İrandakı yeni rəhbərliklə mümkün danışıqların vaxtı və iştirakçıları barədə məlumat verməkdən imtina edib.

Teleqraf xəbər verir ki, bu barədə o, "The Atlantic" jurnalına müsahibəsində danışıb.

Tramp konkret olaraq sözügedən danışıqların bu gün və ya sabah baş tutub-tutmayacağını açıqlamayıb. ABŞ lideri həmçinin, Tehran tərəfindən danışıqlarda kimlərin iştirak edəcəyini də açıqlamayıb.